"Ermənistan hökuməti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan real Ermənistan ideologiyası layihəsinin müzakirəsi zamanı deyib.

"2018-ci ilin inqilabı ilə (12 aprel 2018-ci il tarixində Ermənistan Respublikasının müxtəlif şəhərlərində başlayan və Ermənistan millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğası,  - red.)  yeni Konstitusiya gündəm oldu. O zaman mən bunu qeyri-mümkün hesab edirdim, çünki 2019-cu il aprelin 9-da bu gün qüvvədə olan Konstitusiya qüvvəyə minib. O vaxtdan bəri eyni məntiqlə yeni Konstitusiyanın gündəliyi var idi, baxmayaraq ki, əsaslandırma indi zənginləşib". 

Paşinyan qeyd edib ki, Konstitusiya vətəndaşların ölkədə yaşamaq və qarşılıqlı əlaqə qaydalarına dair razılaşması olmalıdır:

"Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil".  

Gülayə Mecid