Xəbər verdiyimiz kimi, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov "Unikal"a bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək
*** 22:54
Goranboyda məktəbli qaçırılıb.
"Unikal"ın məlumatına görə, Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılıb. İlkin məlumata görə, məktəbli dərs vaxtı qaçırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblinin tapılması istiqamətində axtarışlar aparır.
Tural Əhmədov