İspaniya Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında razılaşma xəbərini alqışlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İspaniya Xarici İş lər Nazirliyinin bəyanatında deyilir.
"İspaniya Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında razılaşma xəbərini alqışlayır və ümid edir ki, bu elan iki ölkə arasında yekun sazişin bağlanmasına səbəb olacaq.
İspaniya Cənubi Qafqazda sülh və sabitliyə sadiqliyini bir daha təsdiqləyir", - deyə bəyanatda qeyd olunub.
Ağarza Elçinoğlu