İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə razılığın əldə olunmasını alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqay açıqlayıb.
Diplomat Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin şərtləri ilə bağlı razılığın əldə olunmasını Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində zəruri və mühüm addım hesab edib: "Ümid edirik ki, tərəflər fikir ayrılıqlarını həll etmək və aradan qaldırmaq üçün səy göstərəcəklər və tezliklə iki ölkə arasında sülh sazişinin imzalanmasının şahidi olacağıq".
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatması Fransa, Estoniya, İspaniya və Almaniya tərəfindən alqışlanıb.
Ağarza Elçinoğlu