Latviyanın xarici işlər naziri Baiba Braje Ermənistan və Azərbaycanı sülh sazişinin mətni üzrə razılığın əldə olunması münasibətilə təbrik edib. 

"Unikal" xəbər verir ki, bu barədə nazir özünün X mikrobloqunda yazıb.

"Yaxşı dostlarımız Azərbaycan və Ermənistanı regionda davamlı sülh və sabitlik yolunda mühüm addım olan Sülh Sazişinin mətni üzrə razılığın əldə olunması münasibətilə təbrik edirik", - deyə nazir qeyd edib. 

Ağarza Elçinoğlu