"Həm Ermənistan, həm də Azərbaycan həmin saziş vasitəsilə bir-birinin ərazi bütövlüyünü eyni şəkildə tanıyır".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Parlamentdə Xarici Əlaqələr Daimi Komitəsinin iclasında müxalifətçideputat Levon Köçəryanın sualını cavablandırarkən deyib.
Nazir Ermənistan və Azərbaycan arasında razılaşdırılmış sülh sazişində ərazi sərhədləri ilə bağlı Köçəryanın sualına belə cavab verib: "Müqavilədə kvadratmetrlər göstərilməyib, lakin həm Ermənistan, həm də Azərbaycan həmin saziş vasitəsilə bir-birinin ərazi bütövlüyünü eyni şəkildə tanıyır. Demarkasiya prosesində sərhəd xətti müəyyən edildikdən sonra Ermənistan silahlı birləşməsinin və ya sərhəd xidmətinin bazasının köçürülməsinə ehtiyac olduğu ortaya çıxarsa, o zaman köçürüləcək".
Ağarza Elçinoğlu