ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Moldovada seçki kampaniyası üçün 22 milyon dollar ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə respublikanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo məlumat yayıb.
"USAID Moldovada seçki prosesləri üçün 22 milyon dollar ayırıb ki, bunun da 7,5 milyon dolları prezident seçkilərinə xərclənib", - o, qeyd edib.
Stoyanoqlo qeyd edib ki, Moldovanın hazırkı prezidenti Maya Sanduya və onun hakim Fəaliyyət və Həmrəylik Partiyasına (PAS) QHT-lər vasitəsilə ötürülən bu vəsaitlər yalnız onu namizəd kimi irəli sürüb.
Sabiq baş prokuror bunu “vətəndaşların iradəsini” təhrif edən prezident seçkilərinə real müdaxilə adlandırıb.
Gülayə Mecid