Avropa İttifaqı Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların yekunlaşması ilə bağlı Ermənistan və Azərbaycanın müvafiq bəyanatlarını alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.
"Biz tərəfləri son bir neçə ildə həm ikitərəfli formatda, həm də beynəlxalq ictimaiyyətin iştirakı ilə bu istiqamətdə apardıqları israrlı işlərə görə alqışlayırıq. Aİ sülh sazişinin mətninin yekunlaşmasına zəmin hazırlayan Ermənistanı alqışlayır. Bəyanatlar regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan həlledici addımdır. Hər iki tərəf üçün bu sürəti saxlamaq və eyni perspektivli və kompromis əsaslı yanaşmalarla bu prosesin rəvan başa çatmasını təmin etmək vacibdir. Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini tam dəstəkləyir və tərəflərin xahişi olarsa, əlavə dəstək və ekspert yardımı göstərməyə hazırdır", - bəyanatda deyilir.
Ağarza Elçinoğlu