"Hesabat zamanı kommunal tariflərdən bəhs olunarkən, bir məqam həmişə unudulur. Əlbəttə, mənzil fondunun yenilənməsi alqışa layiqdir. Lakin tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çeviriblər".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı deputat Zahid Oruc deyib
"Qanuna görə, tikilən binalar istismara qəbul olunur, çıxarışlar alınır, sonra 6 ay ərzində Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılmalı, rəsmən qeydiyyatdan keçərək binanların idarə etmə strukturu və ödənişlərin miqdarı müəyyənləşməlidir. İndi elə şəhərciklər var ki, aylıq tariflər 1 kvadrat metrə görə 1 manata yaxındır, əvəzində MTK-ların öhəliklərinə tələb və meyarlar yoxdur", - deyə deputat bildirib.
Anar Kəlbiyev