"İnsanlarımızı ən çox narahat edən məsələ ərzaq məhsullarının qiymətinin yüksək olmasıdır. İnsanlar qazanclarının böyük hissəsini ərzaq məhsulları almağa yönəldir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Hesabtda qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının istehsal qiyməti hesabat ilində 4,7 faiz artıb. Amma onların pərakəndə satış nöqtələrində qiymətlərinin nə qədər qalxması barədə məlumat yoxdur. Hesabatda o da öz əksini tapmayıb ki, hansı ərzaq məhsulu ilə əhalini hansı həcmdə yerli istehsal hesabına təmin edirik. Ərzaq məhsullarının ölkəmizə idxalı son illər davamlı olaraq artmaqdadır".

Anar Kəlbiyev