2024-cü ilin oktyabrında Xankəndidə vəfat etmiş erməni əsilli Vera Ağasyanın meyitinin Ermənistana aparılması məsələsi müzakirə mərhələsindədir.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, general-leytenant Şərafət Həsənov Ermənistanın Xankəndidə vəfat etmiş erməni əsilli Ağasyan Vera Varaşakovnanın meyitinin təhvil alınmasına heç bir münasibət bildirmədiyini açıqlamışdı.