Sumqayıt şəhərində "Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji tarazlığın qorunması və yaşıllıq sahələrinin artırılması məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.
"Unikal" xəbər verir ki, Bulvar ərazisində keçirilən aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, Sumqayıt şəhər Bələdiyyəsinin sədri Orxan Adıgözəlzadə, bələdiyyənin üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri, ekoloji fəallar və könüllülər iştirak ediblər.
Aksiya çərçivəsində Sumqayıt bulvarında min ədəd zeytun ağacı əkilib.