Kanadanın baş naziri Mark Karni and içdikdən bir neçə gün sonra yeni vəzifəsində ilk xaricə səfərinə çıxacaq.

"Unikal" xəbər verir ki, Karninin ofisi onun bir neçə həftə sonra Parisə, daha sonra isə Londona gedəcəyini və burada Kral Çarlzla görüşəcəyini açıqlayıb.

Karni Parisdə olarkən Fransa prezidenti Emmanuel Makronla görüşəcək.