"Mançester Siti" baş məşqçisi Xosep Qvardiola ilə yolları ayırmağa hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə "E-notices" məlumat yayıb.
Klub rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisi istefaya göndərmək qərarına gəlib.
Artıq onlar yeni baş məşqçi axtarışlarına da başlayıblar. Bildirilir ki, İngiltərə klubunun rəhbərliyi bu vəzifəyə İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Sesk Fabreqası gətirmək istəyir. Fabreqas hazırda İtaliyanın "Komo" klubuna rəhbərlik edir. "Mançester Siti" qarşıdan gələn yay mütəxəssisi razı salmaq üçün əlindən gələni edəcək.
Xatırladaq ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 48 xalla 5-cidir. "Şəhərlilər" Çempionlar Liqasında isə mübarizəni pley-off-da başa vurublar.