Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları üç il müddətinə uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Qaydalar daha üç il müddətinə, 2028-ci il martın 17-dək uzadılıb", - məlumatda deyilir.
Yeni Zelandiya Xarici İşlər Nazirliyi xatırladıb ki, sanksiyalar siyahısına Rusiya Federasiyasının 27 fiziki və 25 hüquqi şəxsi daxildir.