Sürücülük vəsiqəsi imtahanı DİM tərəfindən keçirilməyəcək.

"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, DİM sadəcə taksi və yük avtomobili sürücüləri üçün imtahan keçirir:

"Bu tapşırıqları bizə Nazirlər Kabineti verir, hansı tapşırıqlar verilirsə, biz onu icra edirik", - deyə o əlavə edib.