Şabran rayonunda yol qəzası baş verib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Şabran rayonun Ağalıq kəndində baş verib.
Belə ki, “Belarus” markalı traktor yola çıxan zaman qarşı istiqamətdə hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib.
Digər dörd nəfər sərnişin isə, Şabran rayon sakinləri Cəfərova Nərminə, Əliyeva Nuray, Aslanov Mərt və Aslanova Zeynəb müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca