"Rusiyanın təxribatını, dezinformasiyasını və kiberhücumlarını izləmək üçün fəaliyyət göstərən işçi qrupları “korrupsioner və səmərəsiz alət” idi".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Reuters" agentliyinə Rusiya Federasiyasına qarşı bir sıra əks-kəşfiyyat əməliyyatlarının dayandırılmasını şərh edərkən bildirib .
Kremlin sözçüsü nəşrə açıqlamasında "Tramp administrasiyası səmərəsiz, korrupsiyalaşmış və həqiqətə uyğun olmayan hər şeydən qurtulmağa çalışır", - deyib.
Peskov həmçinin qeyd edib ki, Qərbin Rusiyanın ABŞ və Avropada təxribat törətməkdə ittihamları sübuta yetirilməyib və “boş və müvəqqətidir”.