"Hüquq dövləti qaydaların sizin və mənim üçün dəyişmədiyi, hamıya eyni dərəcədə tətbiq olunduğu bir dövlət deməkdir".
"Unikal" xəbər verir ki, bunu Vətən Partiyasının sədri Muharrem İnce İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasına münasibət bildirərkən deyib.
"Əgər mənə qadağan olunanlar sizə şamil edilmirsə, sizin cəzalandırılmadığınız bir qanunun maddəsinə görə cəzalandırılıramsa, ortada hüquqi dövlət yoxdur. Bu gün həyata keçirilən əməliyyatlar hüquqi dövlətin deyil, ququ (ququ quşu - red.) dövlətinin əməliyyatıdır. Siyasi rəqiblərə qarşı verilən həbs qərarları ququ dövlətinə yaraşan qərarlardır. Hüquq dövləti yerinə ququ dövləti olmağı seçsəniz, bir gündə 10 faiz yoxsullaşar, inflyasiyanı artırar, investisiyaları itirər və işsizliyə səbəb olarsınız. Vətənini zərrə qədər də olsa sevən insan bunu edə bilməz", - deyə İnce yazıb.
Ağarza Elçinoğlu