Heydər Əliyev Fondu jurnalist Azər Rəşidoğlunun müalicə xərclərini üzərinə götürüb.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist sosial media hesabında yazıb.

O bildirib ki, Fond tərəfindən yaxın günlərdə Türkiyəyə müalicəyə göndəriləcək. 

Azər Rəşidoğlu göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna təşəkkür edib.

"İnşəallah ki, tezliklə tam sağaldığımı sizə xəbər verəcəyimə inanıram. Dövlət məni ağır xəstəliklə savaşda tək buraxmadı", - deyə jurnalist qeyd edib.