Xalq Bank müştərilərinə Novruz bayramı ərəfəsindəXalqKart-la ödənişlərdən əlavə keşbek qazanmaq imkanı təqdim edir.

"Unikal" xəbər verir ki, keçiriləcək kampaniya ərzində XalqKart-lasmartfon və ya ağıllı saat vasitəsilə NFC ödənişləri aparmaq daha sərfəli olacaq. Belə ki, 20-31 mart tarixlərdə  müştərilər kafe və restoranlarda, geyim, şirniyyat, hədiyyə mağazalarında, kinoteatr və digər biletlərin alışında XalqKartla ölkədaxili NFC ödənişlərində 5%, ölkə xaricində 10% keşbek qazana biləcəklər.

XalqKart Petrol-la eyni növ MCC kodlar qrupu altında aparılmış nağdsız əməliyyatlar üzrə aylıq maksimum 30 Oil-bonus, XalqKart Cashback-lə 30 AZN, 15 USD/EUR/GBP qazanmaq mümkündür.

Bonus və keşbek məbləği kampaniya bitdikdən sonra 15 iş günü ərzində karta mədaxil ediləcəkdir.

Kampaniya şərtləri barədə ətraflı məlumat üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/xalqkartla-nfc-odenislerde-daha-cox-kesbek

XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.