Moskva və Kiyev əsirləri "175-in 175-ə" formatında dəyişiblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“2025-ci il martın 19-da danışıqlar prosesi nəticəsində 175 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri təhvil verilib”, - nazirlik qeyd edib.
“Döyüşçülərə lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılır”, - deyə məlumatda bildirilir.
Birləşmiş Ərəb Əmirlikləri rus döyüşçülərinin əsirlikdən qayıtması zamanı vasitəçilik səyləri göstərib.