Ermənistanın həm dördgünlük, həm də 44 günlük müharibədə məğlubiyyəti qeydə alınıb. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri, hakim fraksiyanın üzvü Andranik Köçəryan deyib. 

"Bu, istintaq komitəsinin işi zamanı qeydə alınıb", - o, açıqlayıb.

Köçəryan vurğulayıb ki, Ermənistan sülh üçün yalvarmır, bunu istəyir: "Sülh Azərbaycana, qonşu ölkələrə - İrana, Türkiyəyə də lazımdır. Hər kəsin məqsədi sülhdür. Mübarizə etmək asandır, sülhə nail olmaq çətindir". 

Ağarza Elçinoğlu