Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar martın 24-də Ər-Riyadda baş tutacaq.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentin köməkçisi Yuri Uşakov bildirib.
Rusiya tərəfdən nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Georgi Karasin və FSB direktorunun müşaviri Sergey Beseda daxildir.
Uşakov dünən Trampın müşaviri Uoltsla danışdığını təsdiqləyib.
"Biz iki ölkənin ekspert qruplarının görüşünün keçirilməsi məsələsini müzakirə etdik, ilkin olaraq Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı məşhur təşəbbüsün mümkün həyata keçirilməsi perspektivlərini işləyib hazırladıq", - deyə Uşakov bildirib.