“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 18-20 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.
"Unikal" ADY-yə istinadən xəbər verir ki, 18-20 mart tarixlərində bütün qatarlarda 100%-ə yaxın doluluq qeydə alınıb.
Qeyd olunub ki, tələbatı təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 28, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 20 əlavə reys təyin olunub, Bakı-Balakən-Bakı qatarlarına isə əlavə vaqonlar qoşulub.