Məlumat verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu dünən səhər saatlarında saxlanılıb.

"Unikal" xəbər verir ki, İBB sədrinin saxlanılmasına görə, Türkiyə daxilində çaxnaşma yaranıb, siyasətçilər arasındakı gərginlik isə parlament tribunasına sıçrayıb. Dünən TBMM-də baş verən gərginliyə daha biri əlavə edilib.

Belə ki, bu gün də Türkiyə Böyük Millət Məclisində AKP və CHP millət vəkilləri bir-birinə hücum edib. 

AKP Konya millət vəkili Mehmet Baykanın açıqlamalarına görə AKP və CHP qrupları arasında gərginlik yaradıb və  mllət vəkilləri əlbəyaxa davaya çıxıblar. 

Gülayə Mecid