Türkiyədə ana müxalifət partiyası fövqəladə qurultay keçirəcək.
"Unikal" xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl bildirib.
Özgür Özəl partiyaya qəyyum təyin edilməməsi üçün aprelin 6-da növbədənkənar qurultay keçirəcəklərini bildirib.
Qeyd edək ki, hüquq-mühafizə orqanları CHP-nin son qurultayının iştirakçılarına pul paylanması yönündə iddiaları araşdırır.