Gəncədə məktəbdən gözətçinin meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə Gəncə şəhəri 24 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki məktəbin gözətçisi olan 1960-cı il təvəllüdlü Z.Süleymanovun təhsil müəssisəsinin həyətində meyiti tapılıb. Onun qəfl  ürəktutmasından öldüyü bildirilir. Məlumata görə, 65 yaşlı kişi ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin  Publik Huquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Müayinə zamanı 65 yaşılı Z.Süleymanovun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı  araşdırma aparılır. 

Tural Əhmədov