Təqdim edilən video ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, videoda adıçəkilən nəqliyyat vasitəsi saat 14:30 reysini həyata keçirən Bakı-Göyçay avtobusudur. Bu reys üzrə bütün biletlər 10 gün öncədən onlayn qaydada satılmışdır və avtobus reysqabağı platformaya təqdim olunmuşdur. 

Bu barədə "Unikal"a Bakı Beynəlxalq Avtovağzalından bildirilib. 

"Əks istiqamətdə dayanan nəqliyyat vasitələri isə Bakı-İsmayıllı reysini həyata keçirən avtobuslardır. 

Avtovağzalda istiqamətlər üzrə avtobusların çıxışı perronlara görə zonalaşdırılıb.  Eyni istiqamətdə hərəkət edən avtobuslar müxtəlif platformada dayana bilməz. 

Odur ki, videodakı iddialar həqiqəti əks etdirmir. 

Qeyd edək ki, paytaxtdan bölgələrə iki gün ərzində 28000-ə yaxın sərnişin daşınıb. Bayram günlərində sərnişin tələbatını qarşılamaq üçün 19-20 mart tarixlərində əlavə olaraq 285 reys həyata keçirilib", - deyə məlumatda qeyd olunub.