ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona ABŞ-nin dünyada münaqişələrin həlli strategiyasından danışıb.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, əgər münaqişənin dialoq yolu ilə həll olunacağına inam yoxdursa, “mən niyə vaxtımı itirməliyəm? Yaxud ABŞ niyə vaxtını itirməlidir?"
“Bundan da pisi odur ki, mən niyə prezidentin yanına gedib ona tövsiyə edim ki, nəyisə dialoqla bitirək, effektiv hərəkət edək? Sonra isə bu qədər təsirli ola bilməyəcəyik? Bu məsələdə iştirak etməsəm, hansısa qiymət verməsəm, bu pis siyasi reseptdir ki, prezidentə deyim ki, "Düşünürəm ki, dialoqu bitirə bilərik", amma belə deyil. Yeri gəlmişkən, bu hesablamalar iranlılara, ruslar və ukraynalılara, hətta Azərbaycan və Ermənistana eyni cür təsir göstərəcək”, - Uittkoff bildirib.
Onun sözlərinə görə, bu prinsiplər ABŞ-nin danışa biləcəyi bütün bu münaqişələrə aiddir.