Suriyanın yeni lideri Əhməd əl-Şaraa ölkənin devrilmiş prezidenti Bəşər Əsədin ekstradisiyası üçün Rusiyaya rəsmi sorğu təqdim edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Suriya lideri Əsədin vətənində mühakimə olunmalı olduğunu bildirib.

Xatırladaq ki, ötən ilin sonunda devrildikdən sonra Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçmışdı.

O, 24 il Suriya prezidenti vəzifəsində çalışıb.