"Terror" və "korrupsiya" istintaqı çərçivəsində saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu polis bölməsindəki ifadəsi tamamlandıqdan sonra digər 91 şübhəli ilə birlikdə Çağlayan Ədliyyəsinə aparılıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə binası qarşısında polislə vəkillər arasında gərginlik yaşanıb. Ədliyyə binasına daxil olmaq istəyən vəkillərə polis müdaxilə edib, onlar arasında əlbəyaxa dava olub.