Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özel mətbuat konfransı keçirib.

"Unikal" xəbər verir ki, konfransda jurnalistlərdən biri ona Kamal Kılıçdaroğlunun qurultayda namizəd olacağı ilə bağlı sual verib. 

Özel isə cavabında "Daha ciddi suallar olarsa, cavab verəcəm. Şou ilə məşğul olmaq havasında deyiləm" - deyib. 

Bildirək ki, İBB sədrinin saxlanılması fonunda CHP 15 gün ərzində növbədənkənar qurultay keçirəcəyi açıqlayıb. CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun qurultayda yenidən partiya sədrliyinə namizəd olacağı iddia edilib. Ancaq nə Kılıçdaroğlu, nə də CHP məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Gülayə Mecid