İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanmasına etiraz olaraq Bozdoğan Kemeridən Taksimə yürüş etmək istəyənlərə polis bibər qazı və plastik güllələrlə müdaxilə edib.
"Unikal" xəbər verir ki, bu barədə "Sözçü" qəzeti məlumat dərc edib.
Bildirilir ki, Vətən Partiyasının sədri Məhərrəm İncə və CHP sədri Özgür Özel də Saraçhanedədir.