Bu gün UEFA Millətlər Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.
"Unikal" xəbər verir ki, yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri növbəti dəfə üz-üzə gələcəklər.
1/4 finalın Fransa - Xorvatiya matçı Azərbaycan millisinin azarkeşləri üçün maraqlıdır. Belə ki, bu komandalar hazırda Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində potensial rəqibidir.
Bu cütün qalibi Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olacaq.
Qeyd edək ki, matç saat 23:45-də başlayacaq. Xorvatiya millisi öz meydanında keçirilən ilk görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib.