ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarını rasional adlandırıb.

"Unikal" xəbər verir ki, ABŞ lideri bu sözləri “Outkick” portalının jurnalisti Kley Trevislə söhbətində deyib.

“Dünyada məndən başqa Putini dayandıra biləcək kiminsə olduğunu düşünmürəm. Mən onu dayandıra bilərəm”, - Tramp deyib.

“Çox rasional müzakirələr apardıq və mən sadəcə insanların öldürülməsini dayandırmasını istəyirəm”, - o qeyd edib.