Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev vəzifəsindən azad edilib.
"Unikal" qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
TƏBİB rəhbərinin digər əmri ilə Həsənov Kamil Asif oğlu sözügedən vəzifəyə təyinat alıb.
Uşaq cərrahı Kamil Həsənov bundan əvvəl həmin xəstəxananın cərrahiyyə şöbəsinin müdiri olub.
Qeyd edək ki, işdən çıxarılan Canəli Nəbiyev 2022-ci ilin dekabr ayından 2024-cü ilin may ayınadək Xocavənd və həmin tarixdən 2025-ci ilin yanvar ayınadək Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. İxtisasca hərbi həkim olan C.Nəbiyev heç bir yerə təyinat alamayıb.