Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib.

"Unikal" xəbər verir ki, bunu  Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Ermənistanın sazişi imzalamaq təklifi Azərbaycan tərəfi üçün bir qədər gözlənilməz olub.