Cənubi Koreyada helikopter qəzaya uğrayıb, nəticədə bir nəfər ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, helikopter bir neçə gündür meşə yanğınlarının davam etdiyi Cənubi Koreyanın Uiseong qraflığında qəzaya uğrayıb. 

İlkin məlumata görə, helikopterdə olan pilot ölüb. 

Koreya Meşə Xidməti qəzadan sonra bütün yanğınsöndürmə vertolyotlarının uçuşlarını dayandırdığını bildirib. 

Qəzanın səbəbləri araşdırılır.

Ağarza Elçinoğlu