Sosial media hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və dövlət rəsmilərini təhqir etdiyi iddia edilən Türkiyə gözəli Banu Öztürk saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Öztürk prokurorluğun göstərişi ilə qısa müddətdə saxlanılıb. 

O, 2009-cu ildə “Miss Globe Türkiye Kraliçası” seçilib. “Avrupa Yakası”, “Adanalı”, “Derman”, “Geniş Aile”, “Şen Yuva” və “Güzel Çirkin” kimi serial layihələrində iştirak edib.

Ağarza Elçinoğlu