Bir sıra ölkələrdə X sosial şəbəkəsinin işində fasilələr yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə “Downdetector” saytında məlumat verilib.
Bildirilib ki, ən çox şikayət ABŞ-dan gəlib. Problem Böyük Britaniya, Fransa və Almaniyadan olan istifadəçilər tərəfindən də yaşanıb.