Avropa İttifaqı Rusiyaya qarşı sayca 17-ci sanskiyalar paketinin mətninin tərtibatına başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-lər Avropalı diplomatlara istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiyadan olan fiziki və hüquqi şəxslərə qarşı yeni məhdudlaşdırıcı ölçülər haqda sənədin layihəsi hələ “çox erkən hazırlanma mərhələsindədir”.

Layihə üzərində Avropa İttifaqının xarici siyasət xidməti və Avropa Komissiyasının yaxından işlədiyi və böyük ehtimalla artıq yay aylarında onun elan olunacağı qeyd olunur.

Gözlənilən sanksiyaların təfərrüatları barədə məlumat verilmir.