Tovuz rayonunda qadın dəm qazından boğularaq ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Xatınlı kəndində baş verib. Belə ki, kənd sakini, 42 yaşlı K.Əmrahova hamam otağında olarkən dəm qazından zəhərlənərək ölüb.
K.Əmrahovanın həkim olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov