Cənubi Avropa ölkələri Avropa Komissiyasının müdafiə xərclərini asan kreditlərlə artırmaq planını dəstəkləməkdən imtina edir.
"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Onlar bunun onsuz da ağır borc vəziyyətini daha da pisləşdirəcəyindən ehtiyatlanır.
Xüsusilə Fransa, İtaliya və İspaniya buna qarşı çıxıblar. Bu ölkələrin müqaviməti Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Avropanın müdafiə muxtariyyətini gücləndirmək təşəbbüsünə ciddi maneə yaradır.
Onun təklif etdiyi paketə 150 milyard avro kredit və fövqəladə hallarda Aİ-nin maliyyə qaydalarının yumşaldılması daxildir. Əsas məqsəd hərbi sahəyə investisiyaları artırmaq və Avropanın ABŞ-nin müdafiə qalxanından asılılığını azaltmaqdır.
Bununla belə, konsensusun olmaması Brüsselin Ukraynaya əlavə silah tədarükü planının həyata keçirilməsinə təhlükə yaradır.
Ağarza Elçinoğlu