Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, Qızılhacılı qəsəbəsində 1-ci Qarabağ müharibəsi şəhidi Mehman Nazarovun anası Nazarova Frodya Məmməd qızının yas mərasimində iştirak edib.

"Unikal" xəbər verir ki, icra başçısı şəhid ailəsinə başsağlığı verib, ailənin sosial qayğıları ilə maraqlanıb.

Şəhid anasının yas mərasiminin təşkili məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən maddi köməklik göstərilib