"Kəpəz" heyətinə yeni oyunçu cəlb edib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Keniyalı futbolçu Conston Omurva ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Omurva mərkəz müdafiəçisi mövqeyində çıxış edir. 26 yaşlı oyunçunun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub. Keniya millisinə də dəvət alan Conston Portuqaliyada "Eştrela"nın da formasını geyinib.