Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyun keçirilib.
"Unikal" xəbər verir ki, ikinci oyun gününün sonuncu matçında “Sabah” səfərdə “Sumqayıt”la üz-üzə gəlib.
Oyun 3:3 hesablı bərabərliklə bitib.
Günün ilk matçında “Neftçi” evdə “Araz-Naxçıvan”la heç-heçə edib - 1:1.
Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib.
“Kəpəz” – “Səbail” və “Zirə” – “Şamaxı” görüşləri isə sabah keçiriləcək.