İtaliya A Seriyasının 30-cu turunun "Yuventus" - "Cenoa" qarşılaşması başa çatıb.

"Unikal" xəbər verir ki, "Yuventus" 1:0 hesabı ilə qalib gəlib.

"Yuventus"un hücumçusu Kenan Yıldız 25-ci dəqiqədə fərqlənib. Bu qarşılaşma "Yuventus"un yeni baş məşqçisi xorvatiyalı mütəxəssis İqor Tudor üçün yaxşı başlanğıc olub.

"Cenoa" 35 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. "Yuventus" 55 xalla 5-ci yerdədir. İtaliya çempionatına 64 xalla "İnter" başçılıq edir.