İran çempionatının lideri "Traktor" növbəti qələbəsini qazanıb.
"Unikal" xəbər verir ki, Təbriz təmsilçisi səfərdə "Aluminium"a qalib gəlib - 1:0.
"Traktor" 23 oyundan 51 xal toplayıb. Komanda ən yaxın izləyicisi "Perspolis"i 4 xal qabaqlayır.
Qeyd edək ki, İran çempionatında mövsüm 30 turdan ibarətdir.