Diaqnoz Tibb Mərkəzinin rəhbərliyinin verdiyi düzgün qərar və peşəkar həkim komandasının, tibb heyətinin səyi nəticəsində ağır vəziyyətdə olan xəstə yenidən həyata qaytarılıb.
 
"Unikal"
xəbər verir ki, pasiyent Ə. Nizami diaqnozu ilə çox ağır vəziyyətdə Diaqnoz Tibb Mərkəzinə çatdırılıb.  Diaqnoz Tibb Mərkəzinin Neyrocərrahı Vüqar Mirzəliyev tərəfindən əməliyyata alındı. Əməliyyat uğurla icra olunub. Uroloq Səidə Paşayeva tərəfindən müalicə təyin edilib. Peşəkar reanimatoloq və Şöbə müdiri Vidadi Həsənovun tibb personalının səyləri nəticəsində aparılan intensiv terapiya və müalicədən sonra xəstə yenidən həyata qaytarılıb. 
 
Cərrahiyyə şöbəsində müalicələri davam etdikdən sonra bütün riskləri geridə qoyub. Pasiyent Ə. Nizami bu barədə deyib: “İlk olaraq sağlamlığıma qovuşduğum üçün çox sevincliyəm. Diaqnoz Tibb Mərkəzinin ən böyük dəyəri burada çalışan, öz sahələrinin yüksək səviyyəli peşəkarları olan tanınmış mütəxəssislərdir. Məni ağır vəziyyətdən həyata qaytaran - baş həkim Ələddin Cabbarovun rəhbərliyi və nəzarəti altında çalışan həkimlərə və tibbi personalın hər bir üzvünə öz adımdan dərin minnətdarlığımı bildirir, onlara çox məsul və ağır işlərində uğur arzulayıram”.